“Zirə”yə texniki məğlubiyyət verilə bilər

Azərbaycan Premyer Liqasının IV turunda keçirilmiş “Səbail” – “Zirə” matçında əsasnamə pozulub.

Buna görə “Zirə” klubuna texniki məğlubiyyət verilə bilər.

Səbəb qəsəbə təmsilçisi tərəfindən oyunun protokoluna 2000-ci il təvəllüdlü futbolçunun adının daxil edilməməsidir.

Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq.

Qeyd edək ki, “Səbail” – “Zirə” matçı 1:1 hesabı ilə başa çatıb.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here