“Ziraat Bank”ın Azərbaycanda daha üç şöbəsi yaradılacaq.
Bu barədə “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda bankın Azərbaycanda 2 şöbəsi fəaliyyət göstərir. Daha 3 şöbənin isə açılması nəzərdə tutulub. Bu şöbələr sənaye parklarının olduğu bölgələrdə açılacaq.
AZƏRTAC
