Əcnəbilərin Azərbaycanda elmi dərəcə alması ilə bağlı qaydalar dəyişdirilir

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin elmi dərəcə alması ilə bağlı qaydalar dəyişdirilir.
Bununla bağlı “Təhsil haqqında” qanunun 23-cü maddəsinə (Doktorantura) dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.
Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı  beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir”.
Layihə Milli Məclisin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
APA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here