DÜNYA 2020.11.22 08:00

Əfqanıstan paytaxtı raket atəşinə tutulub, 8 nəfər ölüb

47

Əfqanıstanın paytaxtı Kabilin raket atəşinə tutulması nəticəsində 8 nəfər ölüb, 31 nəfər yaralnıb. “Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Tarik Arian bidirib. O, ölənlərin və yarlıların sayının artacağı ehtimal edib. “Terrorçular raketləri kiçik yük avtomobilindən şəhərin içinə atıblar. Avtomobilin Kabilə necə daxil olması araşdırılır”, – o qeyd edib.Əfqanıstanın paytaxtı Kabul şəhərinin noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulması nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb. “Report” xəbər verir ki, məlumatı “Pajhwok” agentliyi yayıb. Bildirilib ki, Kabula səhər saatlarında azı 10 raket buraxılıb. Kabulun bir neçə rayonu da atəşə məruz qalıb. 09:15 Əfqanıstanın paytaxtı Kabul şəhəri noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulub. “Report” xəbər verir ki, məlumatı “Pajhwok” agentliyi yayıb. İtkilər, xəsarət alanlar və dağıntılar barədə hələ məlumat verilməyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı