DÜNYA 2020.09.15 15:31

Əfqanıstanda hərbçilərlə silahlılar arasında atışma olub, 20 nəfər ölüb

23

“Taliban” silahlılarının Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin Curum rayonundakı hərbi hissəyə hücumu nəticəsində 3 hərbçi ölüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın 217-ci Pamir korpusunun 2-ci briqadasının komandanlığının sözçüsü Əbdül Mennaf Nazari bildirib.

Onun sözlərinə görə, hücumdan sonra baş verən atışma nəticəsində 17 silahlı zərərsizləşdirilib.

“Taliban” hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı