ƏDƏBİYYAT 2020.05.17 10:30

Əli Rüzgardan şeirlər

100

Nəğmələr bayquş sayağı

Səndən sonra, məndən əvvəl
Təbəssümlər saxtalaşdı.
Kəkələndi kəlimələr,
Düşüncələr həddi aşdı.

İkimizin arasında
Qaldı biri, öldü diri.
Ondan qalan, ona qalan,
Bayquş sayaq nəğmələri.

 

Gecə birin yarısı

Ay düşür pəncərədən
yazdığım varaqlara.
Şair, yazır sevgisin,
Gətirə bilmir dilə.
İlahi ağlım dayaz,
Gah gedir, gah unudur.
Nə məni yer saxlayır,
Nə də səni göy tutur.
Ruhumun dirəyi yox,
Cismimdə uçur elə…

 

Axtar məni

Nə yarımçıq əsərlərdən gozlənir,
Nədə qəmli şeirlərdən qaçıram.
Mənim qaçıb, gizləndiyim bəlkə də,
Talehimdi xoş günləri qaçıran.

Sevdiklərim itirdilər, heç biri
Axtarmadı, axtarsalar çıxardım.
Bu qaranlıq, uçuq-sökük otaqdan,
Çıxmasam da, pəncərədən baxardım.

İnsan bir kəz yıxldı mı içindən,
Ümidləri, xəyalları yıxılar.
Özünə yer tapa bilməz, özündən,
Aynalardan, kölgələrdən sıxılar.

Zaman baxmaz qarasına, ağına,
Adam bezər, dərd əlindən tükənər.
Keçmək bilməz ürəyinin yanğısı,
Qaçıb soyuq divarlara sökənər.

Ayın-günün oyununa oyuncaq,
Qısalar gün, zülmət gecə uzanar.
Məktubları, şəkilləri yandırıb,
Bir siqaret tüstüsünə qızınar.

Nə yarımçıq əsərlərdən gizlənir,
Nədə qəmli şeirlərdən qaçıram.
Axtar məni, tapacaqsan axırda,
Sənin üçün qapıları açıram.

Əli Rüzgar

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı