CƏMİYYƏT 2020.09.17 11:24

Əlilliyin qiymətləndirilməsi şəxsin iştirakı olmadan onlayn qaydada aparılır – Nazirlik

18

Əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin qərarı ilə şəxsin iştirakı olmadan onlayn qaydada aparılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, forma 88 göndərişi əsasında vətəndaş yaşadığı yer üzrə səhiyyə müəssisəsinə müraciət etməlidir və oraya bütün stasionar müalicələrini əks etdirən sənədlər təqdim etməlidir. Göndəriş rəsmiləşdirildikdən sonra ƏƏSMN-nin əlillik üzrə alt sisteminə daxil olunur. Burada bütün məlumatlar qiymətləndirilmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasına yönəldilir. Əilliyin təyin edilməsi haqqında şəxsin mobil telefonuna SMS-lə məlumat göndərilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı