ƏSAS SƏHİFƏ

Ən uzunömürlü və ən qısaömürlü sakinlərə malik ölkələr

986

Dünyada insanların yaş, sağlamlıq məsələlərini araşdıran OECD humanitar təşkilatı ən uzunömürlü və ən qısaömürlü sakinlərə malik ölkələrin son siyahısını açıqlayıb. Qeyd edək ki, OECD rəsmi statistik rəqəmlərə yaşı 90-100-ü ötmüş insanların göstəriciləri ilə yanaşı, həmin ölkənin insanların sağlamlığına ayırdığı məbləği, göstərdiyi tibbi-humanitar yardımları da nəzərə alır. Təşkilat uzunömürlülüyün əsas səbəbi kimi məhz sağlam həyat tərzi və sağlamlığa edilən diqqəti önə çəkir.

Kasıbçılığın qara üzü

Qısaömürlü sakinlərə malik ölkələr arasında İndoneziya, Hindistan, Afrikanın bəzi dövlətlərinin (Somali, Mali, Niger, Çad, Konqo) adları var. Amma ən pis vəziyyət isə Afrikanın Lesoto krallığındadır. Belə ki, burada insanların orta yaş həddi  47-ni keçə bilmir.

Humanitar təşkilatla bərabər, Dünya Bankının da ötən ilin sonunda hazırladığı sıralamada bu ölkələr arasında müsbət istiqamətdə irəliləyiş olmayıb. OECD qısaömürlülüyü insanların aldığı cüzi əmək haqqı, əmək haqqının sağlamlığa sərf olunmaması, ağır şərtlərlə yaşayış tərzi, fiziki əməyin istismar edilməsi ilə əlaqələndirir.

Kim ki, yüz il yaşamasa…

Uzunömürlü insanların çoxluq təşkil etdiyi ölkələrdə isə vəziyyət tamam başqadır. Bu ölkələrdə sosial-humanitar yardımlar, sığorta kartları, xüsusi xidmət göstəricilərinə malik olan xəstəxanalar, sağlam təbiət, sağlam məişət şəraiti, sağlam qidalar üstünlük təşkil edir. Bu ölklərin sırasında aşağıdakıların adını çəkə bilərik:

Sıralanmada ən uzunömürlü sakinlərə malik ölkələrdən birincisi Honk-Konqdur.Bunun yalnız bir səbəbi var: o da canlı təbiətlə çox təmasda olmaq. Burada anadan olan qız uşağı ən tez 86 yaşında dünyasını dəyişir. Kişilərdə isə bu rəqəm 80-81-dir.

2-ci sırada dünyanın içində ayrıca bir dünya hesab edilən, toxunulmaz  ölkə – İsveçrəgəlir. Yəqin ki, bu ölkədə insanların nə səbəbə çox yaşadığını göstərməyə o qədər də ehtiyac yoxdur. Burada orta yaş həddi 82-83-dür. Adambaşına düşən tibbi xərclərin miqdarı isə 5643 dollardır.

Növbəti ölkə məsafə baxımından İsveçrədən xeyli uzaqda olan, amma düşüncə, kültür və iqtisadi inkişafa görə ona “qonşuluq edən” Yaponiyadır. “Gündoğar” ölkədə də orta yaş həddi 82-84 arasında dəyişir. Amma adambaşına düşən tibbi xərclər İsveçrədən azdır. Burada hər bir adam orta hesabla öz sağlamlığına ildə 3213 dollar xərcləyir.

Siyahının növbəti ölkəsi isə İtaliyadır. Təbiət və sağlam həyat tərzinə önəm verən italyanlarda orta yaş həddi 82-dir. Hər bir italyan il ərzində sağlamlığı üçün 3012 dollar pul xərcləyir.

Qocalarla zəngin daha bir ölkə isə İslandiyadır. Heç kəslə işi olmayan bu ada dövlətində də insanların orta yaş həddi 80-82-dir. Adambaşına düşən tibbi xərcin məbləği 3305 dollardır.
İslandiyanın yalnız 14 faizi siqaret çəkir, hər bir adam isə orta hesabla il ərzində 8 litr spirt qəbul edir.

Uzunömürlülüyə görə növbəti pillənin sahibi olan İspaniyada insanların orta ömür yaşı 80-82-dir. Hesablamalara görə 2050-ci ildə ölkə əhalisinin 30 faizi 80 yaşdan yuxarı adamlar olacaq.

Avropanın ən çox yaşıyan qadınları Fransadadır. Fransız xanımlarda orta yaşam göstəricisi 86 yaşdır. Bunun əsas səbəbi də odur ki, Fransada hər adam ildə 4000 dollara yaxın pulu öz sağlamlığına xərcləyir. Burada yüz min adamdan yalnız qırxı ağır xəstəliklərdən sonra dünyasını dəyişir.

Yaşıl qitə adlanan Avstraliyada da insanlar çox yaşayır. İnsanların orta ömür yaşı 82-dir. Əhalinin 15 faizi siqaretdən istifadə edir. Amma hər  adam öz sağlamlığı üçün il ərzində cibindən 3800 dollar pul xərcləyir.

Avropanın daha bir kurort mərkəzi olan ölkələrindən biri – İsveçdə orta yaş həddi 81-dir. Burada da siqaret və spirtdən o qədər də çox istifadə olunmur. Lap olunsa da belə, adambaşına düşən illk tibbi xərcin qiyməti 2239 dollar olduğundan onlar çulunu sudan çıxara bilirlər. OECD-in araşdırmalarna görə İsveç həm də xərçəngin az yayılmış ölkəsidir.

Yəhudilərin cəm halında məskunlaşdığı İsraildə də insanlar uzun müddət yaşamağı bacarır. İldə 2240 dolları hər bir yəhudi öz canına sərf edir və sağlamlaşır. Amma son illərin göstəricilərinə əsasən, İsraildə gənclər arasında tütün və alkoqola maraq artır.

Dünyada yeganə muzey – Azərbaycanda

Azərbaycanda orta yaş hazırda 71,3 ildir. Bu rəqəm kişilər üçün 68,4, qadınlarda 74,7 yaş təşkil edir. Amma bu mövzu ilə bağlı dünya səviyyəsində yeganə muzey, yəni Uzunömürlülər muzeyi məhz Azərbaycandadır. Muzey 1991-ci ildə Azərbaycanın uzunömürlülər diyarı adlanan Lerik rayonunda açılıb. Orada 167 il yaşayan Şirəli baba, 150 il yaşayan Mahmud baba, 145 il yaşayan Məcid babaya aid stendlər var. Muzeydə ümumilikdə yaşı 100-ü ötən yüz adam haqqında məlumat var.

Dünyanın ən uzunömürlü sirli xalqı

Bu xalq Hindistanda Hunza çayınının “Cavanlıq vadisi” adlanan ərazisində yaşayan sakinlərdir. Bu insanlar görünüşünə görə hindilərə deyil, avropalılara bənzəyirlər.

Əfsanəyə görə, bu kiçik ərazinin ilk sakinləri makedoniyalı İsgəndərin əsgərləri olub, onlar Hindistan yürüşü zamanı burada məskunlaşıblar. Ordu üzvləri burada sərt hərbi nizam-intizam yaradıblar. Əbəs yerə sakinlər Himalay, Hindiquş və Qaraqorum kimi üç nəhəng və keçilməz dağın əhatəsində yaşamırlar.

Hunza artıq 60 ildir Hindistan və Pakistan (hər iki dövlət Kəşmir uğrunda mübarizə aparır) arasında gedən münaqişə ərazisinə çevrilib.

Hunza qəsəbəsini və onun sakinlərini Avropa ilə hippilər tanış edib. Bu insanların qəribə dilləri və adətləri var. Onlar hər gün 15 dərəcə soyuq suda çimir, 100 yaşa qədər aktiv əməklə məşğul olurlar. 40 yaşlı qadın gənc qız kimi görünür. Buranın qadınları hətta 65 yaşlarında da uşaq dünyaya gətirirlər.

Yayda onlar çiy meyvə və tərəvəzlə, qışda isə günəş altında qurudulmuş ərik və qoyun pendiri ilə qidalanır. Maraqlısı budur ki, burada meyvələrin yetişmədiyi “kasıb yaz” iki aydan dörd ayadək davam edir. Bu aylar ərzində sakinlər gün ərzində yalnız qurudulmuş əriyin suyunu içməklə keçinirlər

1980-cı ildə fransız tibb mütəxəssisləri Hunzada olub. Onların apardığı araşdırma zamanı  məlum olub ki,  hunzalılarda orta ömür müddəti 120 ildir.  Bu göstərici Avropa sakinlərindən iki dəfə çoxdur. Parisdə keçirilən xərçənglə mübarizəyə həsr olunmuş beynəlxalq konqresdə bildirilib: “Dünyada xərçəngə tutulmayan yeganə xalq hunzalılardır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı