ELM VƏ TƏHSİL

Ərəb dili öyrənənlər üçün təkmilləşdirmə kursları

605

Misir Ərəb Respublikasının Ayn Şəms Universiteti ərəb dili öyrənənlər üçün bu ilin yay aylarında (iyun-iyul) ödənişli əsaslarla təkmilləşdirmə kursları elan edir. Kurslar bir ay ərzində 80 saat olmaqla intensiv şəkildə Misir Ərəb Respublikasının Ayn Şəms Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri Prof. Dr. Tarik Çələbi və universitetin digər müəllimləri tərəfindən keçiriləcək. Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti, xarici pasportun surəti və ərizə.
Maraqlananlar Misir Mədəniyyət Mərkəzinə müraciət edə bilərlər. Telefon: 012 561 12 17 və ya 051 522 77 28
Yerlər məhduddur. Sənədlərin qəbulu üçün son tarix 20 aprel 2015-ci il.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı