DÜNYA 2020.09.15 10:43

Ərdəbildə koronavirusa yoluxanların sayı artıb

18

Ərdəbil əyalətində koronavirusa yoluxanların sayında artım var.

Bu barədə Ərdəbil Tibb Elmləri Universiteti məlumat yayıb.

Son 24 saatda vilayətin tibb mərkəzlərinə 42 xəstə yerləşdirilib, bunlardan da 31-i Ərdəbilin, 4-ü Parsabadın, 7-i Meşginşəhr rayonlarının payına düşüb. 46 xəstə nisbi sağalma ilə evə buraxılıb.

Hazırda vilayətin tibb mərkəzlərində 216 xəstə müalicə alır, onlardan 58 nəfəri reanimasiyadadır. Son sutkada 4 nəfər həyatını itirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı