DÜNYA 2020.03.26 21:27

Ərdoğandan G-20-yə: Bu siyasətdən imtina edin

45

G-20 ölkələri koronavirus pandemiyası zamanı proteksionist və birtərəfli siyasətdən imtina etməlidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitində çıxışı zamanı deyib.

“Əgər qərarlar birtərəfli qəbul edilsə, biz belə çağırışlara cavab verə bilməyəcəyik. Mən bütün ölkələri bu epidemiya ilə mübarizəyə səsləyirəm. Biz gərək epidemiyanın yayılması, ona nəzarət və müalicəsi haqqında informasiyaları bölüşək. Koronavirus bir daha G-20 ölkələrinin razılıq ruhunun vacibliyini göstərdi. Biz gərək epidemiya ilə mübarizə prosesini idarə edək, məsuliyyəti üzərimizə götürək, qlobal əməkdaşlıq nümayiş etdirək”, – deyə o bildirib.

O, Türkiyənin hazırda pis vəziyyətdə olan bütün ölkələrə yardım etdiyini deyib:

“Bu epidemiya bir daha hər kəs xatırlatdı ki, ölkələrimiz və dinlərimiz fərqli olsa da taleyimiz eynidir”.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı