DÜNYA 2019.11.23 10:38

Əsədin qohumlarına İspaniyada da cinayət işi açıldı

19

İspaniya Suriya Prezidenti Bəşər Əsədin qohumlarını 695 milyon avrodan çox çirkli pul vəsaitini yumaqda ittiham edib.

Bu barədə məlumatı “Doyçe Velle” yayıb. Məlumata görə, noyabrın 22-də İspaniya məhkəməsi Bəşər Əsədin əmisi, Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədə qarşı cinayət işinin başladılması barədə qərar qəbul edib. Rəsmi Madridin Rifat Əsədlə bərabər 12 nəfərə qarşı ittiham irəli sürdüyü bildirilib. Onlar sırasında həmçinin Rifat Əsədin 2 həyat yoldaşının da olduğu vurğulanıb.

Əsədin qohumlarının İspaniyada 507 obyektə sahib olduğu bildirilib. Bu obyektlərin dəyərinin 695 milyon dollar olduğu bildirilib.

Qeyd edək ki, Rifat Əsədə qarşı oxşar cinayət işi Fransa və İsveçrə tərəfindən aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı