Əsərlərin qəbulu başlayıb – Müsabiqə

Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsi bu il ikinci dəfə keçiriləcək! ”Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsinə əsərlərin qəbulu haqqında

  1. Müsabiqəyə yalnız pyes əsərləri qəbul edilir.
  2. Əsərlərin mətni üçün işarə və pərdə sayı məhdudiyyəti yoxdur.

  3. Müsabiqədə iştirak etmək üçün maksimum yaş həddi – 40 yaşdır.

  4. Mövzu seçimi – sərbəst. Ədəbi mükafatın ideya və nizamnaməsi nəzərə alınmalıdır.

  5. Müsabiqə üçün əsərləri [email protected] ünvanına göndərmək lazımdır

6.Əsərləri göndərərkən əlaqə nömrənizi qeyd etməyi unutmayın!!

Əsərlərin qəbulu Başlayır: 21 fevral 2015 – Beynəlxalq Ana dili Günü Bitir: 1 may 2015 (saat 22:00)