“ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir.

Teatrdan  verilən məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və noyabrda səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək.

Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Nihad Qulamzadədir.

Qeyd edək ki, “ƏSA” teatrının bundan əvvəl hazırladığı iki tamaşa çoxlu sayda tamaşaçı sevgisi qazanıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here