ƏSAS SƏHİFƏ

16 yaşlı hakerə rekord məbləğdə cəza

555

İsveç məhkəməsi 16 yaşlı hakerə rekord məbləğdə pul cəzası verib.

Adı açıqlanmayan şagird Umea bələdiyyəsinin komputer sistemlərinə bir-neçə dəfə kiber hücum edib. Bu səbəbdən məhkəmə şagirdə yarım milyon İsveç kronu (57 min 500 dollar) pul cəzası kəsib.

16 yaşlı hakerin hücumlarından sonra bələdiyyə 100-dən çox komputer parolunu yeniləyib və kiber hücumlara qarşı təhlükəsizlik tədbirlərini artırıb.

Şagird verdiyi ifadədə hücumları kompüter sistemində təhlükəsizliyin necə qorunmasını öyrənmək üçün təşkil etdiyini və məqsədinin bələdiyyənin təhlükəsizlik tədbirləri almasının lazım olduğuna diqqət çəkmək olduğunu deyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı