KRİMİNAL 2019.12.10 20:13

165 min manat, 4 ev və 1 obyekti ələ keçirən dələduz tutuldu

44

Bakıda 165 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı