İDMAN 2020.05.02 10:06

2021-ci ilə kimi azarkeşsiz futbol, 66 min koronavirus testi… – Premyer Liqanı gözləyən problemlər

29

İngiltərə Premyer Liqasının bərpası müzakirə olunur. Lakin bu proses baş verərkən liqa rəhbərliyi və klublar müəyyən problemlərlə üzləşəcək.

“The Telegraph” nəşri problemlərdən bəhs edən yazı hazırlayıb. Birincisi, İPL-in 2019/20 mövsümünün başa çatdırılması üçün 66 min koronavirus testinə ehtiyac var. İngiltərə Futbol Liqası cəmiyyətin belə addımları başa düşməyəcəyindən qorxur. Bu, ingilis futbolunun reputasiyasına ləkə vura bilər.

İkincisi, azarkeşlərin 2021-ci ilin yanvar ayından erkən stadionlara buraxılması gözlənilmir. Bu, maliyyə itkilərin olduqca böyük olacağını deməyə əsas verir.

Üçüncüsü isə ingilis klublarında çıxış edən 800-ə yaxın oyunçunun müqavilələri 30 iyunda başa çatır. FIFA sözləşmələrin mövsümün sonuna qədər uzadılmasını tövsiyə etsə də, klublar futbolçuların maaşlarını verə biləcəklərindən əmin olmadıqları üçün tərəddüd edirlər.

Daha əvvəl İPL klublarının 18 mayda komanda halında məşqlərə başlaya biləcəyinə dair xəbərlər yayılmışdı.

Fanat.Az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı