ƏSAS SƏHİFƏ

21-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

722

May ayının 21-də regionun qida sənayesinin mühüm və əhəmiyyətli hadisələrindən biri – Azərbaycan Beynəlxalq Qida sənayesi (“WorldFood Azerbaijan 2015”) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. Keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi mütəxəssislərin hər il təşkil olunan görüşləri və qida sənayesi avadanlıqlarının, eləcə də məhsul və xidmətlərin nümayişi üçün şərait yaradan, o cümlədən sifarişçilər tapmaq, biznes tərəfdaşları ilə mövcud münasibətləri möhkəmləndirmək və yeni satış bazarlarına daxil olmaq imkanını təmin edən etibarlı bünövrə kimi özünü doğrultmuşdur. Uzun illər ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” sərgisinə olduqca dəyərli dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Hər il keçirilən bu sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribyutorları və təchizatçıları iştirak edirlər. Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çox olacaq və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiyadan və digər ölkələrin şirkətləri təqdim olunacaq. Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilmiş milli ekspozisiyalarla iştirak etməyi planlaşdırırlar. Sərginin ənənəvi bölmələrində balıq, mal / qoyun / quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunacaq. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkün olacaq. Ziyarətçiləri ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri (“masterclass”) və çoxsaylı maraqlı təkliflər gözləyəcək..

21-ci Azərbaycan Beynəlxalq Qida sənayesi (“WorldFood Azerbaijan 2015”) sərgisi çərçivəsində “Food GallerybyNubar Hasanova” (Nübar Həsənovanın Qida Qalereyası) adlı fotosərgi təşkil olunacaq. Sözügedən fotosərginin məqsədi gənc istedadlara dəstək olmaq, eləcə də sərgi iştirakçılarını və sərginin qonaqlarını Azərbaycanın milli koloriti ilə tanış etməkdir. Fotosərgidə gənc və istedadlı fotorəssam Nübar Həsənovanın əl işləri təqdim olunacaq. Azərbaycanın milli kulinariyasına həsr olunmuş bu parlaq və canlı fotolara heç kəs laqeyd qala bilməyəcək. Foto-sərgi hər kəsin ziyarət edə biləcəyi yerdə – Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcəkdir.

Eyni tarixə təyin edilmiş Xəzər Beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” (“Ipack Caspian 2015”) sərgisi qablaşdırma materialları ilə yanaşı, qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqları, habelə müxtəlif sənaye sahələri üçün tara və hazır qablaşdırma məhsullarını təqdim edəcək.

Bu gün ölkənin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsinə yönəldilmişdir və bu sektorun əsas komponentlərindən biri də məhz qida sənayesidir. Qida və kənd təsərrüfatı sahəsi fəal surətdə inkişaf edir və Azərbaycanın ixrac potensialının artırılmasına və ixrac strukturunun diversifikasiyasına öz töhfəsini verir. İqtisadiyyatın diversifikasiyasıvə iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi nöqteyi-nəzərindən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2015-ci ilin “Kənd Təsərrüfatı İli” elan edilməsi müsbət amildir. Həmçinin, sevindirici haldır ki, bu sərgi “Kənd Təsərrüfatı İlinə” həsr olunmuş Tədbirlər planına daxil edilib və bu, sərginin inkişafına müsbət təkan verərək daha geniş auditoriyanın diqqətini özünə cəlb etmişdir. İxrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı üçün vacib şərtlər yeni texnologiyalar və təcrübə mübadiləsidir ki bu da hər il beynəlxalq “WorldFood Azerbaijan” sərgisində təqdim olunur. Beləliklə, “WorldFood Azerbaijan” sərgisi beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinə və ərzaq məhsulları çeşidini zənginləşdirməyə imkan yaradaraq Azərbaycanın qida sənayesində investisiya həcminin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Sərgi 21-23 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgiyə necə gəlmək olar:

“Bakı Expo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • “28 Маy” metro stansiyasından – N 136, 116
  • “Ulduz” metro stansiyasından – N 101, 150, 187
  • “Koroğlu” metro stansiyasından – N 100, 101, 187, 150
  • “Q.Qarayev” metro stansiyasından – N 100, 160, 171
  • “Neftçilər” metro stansiyasından – N 141

Sərgi ziyarətçiləri üçün hər saatdan bir avtobuslar hərəkət edəcəklər:

  • “Koroğlu” metro stansiyası – Bakı Ekspo Mərkəzi (əks istiqamət daxil olmaqla)
21 may22 may23 may

Bakı Ekspo Mərkəzinə

11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00


Bakı Ekspo Mərkəzinə

10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00


Bakı Ekspo Mərkəzinə

10.00
11.00
12.00
13.00
14.00
15.00


Bakı Ekspo Mərkəzindən

12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00


Bakı Ekspo Mərkəzindən

11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00


Bakı Ekspo Mərkəzindən

11.00
12.00
13.00
14.00
15.00
16.00

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı