ƏDƏBİYYAT 2020.02.24 16:56

Xocalı naləsi

118

İnləməsin sőylə necə, məzarlarda şəhidlər?

Ağlamasın gizlicə ,yatağında igidlər?

Qoy könűllər sızlasın,

Cavanların gőzűndən yuxu qeybə çəkilsin.

Oğuzların qılıncı qından çıxıb parlasın,

Təbillərin səsindən sussun çaylar ,bulaqlar.

“Canımız sənə fəda” pıçıldasın dodaqlar,

Şərəfim şanım vətən!
*******
Bir gecə zűlmət gecə, hava soyuq şaxtalı.

Yatmış, yuxuya dalmış bu gecədə Xocalı…

Birdən vəhşət oyatdı, qucağından bu gecə.

O vəhşətə – dəhşətə bu millət dözdu necə?

Oyandı o gecənin qoynundan İblis şəri,

İblis sonra qınadı azgın ,quzəun bəşəri.

O gecə qanlı gecə, yağı dűşmən tankları,

Ayaq altında qoydu ,qadınları, uşaqları

Diri-diri gőműldű torpağa neçə cocuq…

Neçə insan olundu od atəşə odunçuq,

O gecə sőndű aman, Neçə őműr çırağı,

Çəkildi bu millətin köksűnə qırğın dağı.

Tapdalandı millətin o gecə əzəməti,

Susdu İslam ümməti, susdu Oğuz milləti

*******
Bir ağbirçək qadının tutulmuş ağ saçından,

Sorur ğavur əsgəri, sənmisən türkü doğan?

Hanı sənin mərd oğlun, Gizlənibdir hayanda?

Niyə kömək eyləmir anasına bu anda?

Ana dedi:Şərəfsiz, ey yaramaz erməni,

Aç gözünü yaxşı bax ,sən yaxşı dinlə məni,

Odur, can verir oğlum, Axır torpağa qanı,

Ana Vətən uğruna, artıq gör çıxdı canı,

Bax üzümə yaxşı bax. Sözlərimə qulaq as,

Bir gün oğlumun oğlu alacaq, səndən qisas alacaq.

Dilləndikcə güllələr, boguldu ana səsi.

“Yaşa Vətən” söylədi, ananın son nəfəsi…

*******

Silinməz yaddaşımdan o görüntü əbədi,

Taxılmışdır süngüyə bir cocuğun cəsədi.

Çıxardılıb gözləri, kəsilib qulaqları,

İki yaşlı cocuğun yadımdadı dodaqları.

Damcılayır torpağa, damcı-damcı axır qan,

O uşağın günahı nədır, nədir ay aman!

Unudulmaz törətdiyin, sən ey canı, bunu bil.

O cocuğun qisası əvəzsiz qalan deyil,

Taxdığın o süngünün yarasından axan qan,

Yazmışdı torpaq üstə:”qisas al Azərbaycan!”

*******
O gecənin vəhşəti, o gecənın dəhşəti,

Bir hamilə qadının qana batmış surəti.

Necə silinsin, dünya, mənim qan yaddaşımdan?

Necə savaş bitmişdir söyləyərsən, bir dayan!

Savaş hələ bitməmiş savaş davam edəcək,

O günün qatilləri bizə cavab verəcək.

******

Bir qız cocuğu vardı cəsədlərin içində,

Bir cocuq oyuncağı qana batmış əlində.

Üzünə dağ basılmış, bir əli də kəsilmiş,

O cocuğun alnına gavur xaçı çəkilmiş.

O qız cocuq nə bilir din nə, dindarlıq nədir?

O ancaq ana qoynu oyun oyuncaq gəzir.

O bir bala cocuqdu qətl edildi ancaq,

O cocuqdan dünyada birdə heç olmayacaq.

Bu dəhşədi unudub yaşamağa dəyərmi?

İnsafı olan insan savaş bitmiş deyərmi?

Hesabat verməmişkən bu işin təşkilçisi,

Xalqın igidlərinin azalarmı hikkəsi?

O məsumun ölümü acı həqiqətdirsə,

Qisas almaq şərəfli olmuşdur məqsəd bizə.

*********

Qalx ayağa ümmətim qalx, ayağa millətim,

Artıq dözməyir mənim bu vəhşətə qeyrətim.

Susmuşuq neçə ildir inanıb boş vədlərə,

Dünyasa göz yumubdur doğru həqiqətlərə.

Ayağını basarmı? Babamız dedikləri

Dur ayaga özün yaz tarixə al səhəri.

O səhərki yağının kəsilmişdir ayağı,

Qurtulmuş murdar ətdən Azərbaycan torpağı!

********

Bir balaca qızcığaz anasını gəzirdi,

Çağırırdı ucadan əl ayağı əsirdi.

Ayaqları çəkməsiz, üstü başı al qanlı,

Titrəyirdi şaxtadan sinəsi həyacanlı.

Bu şaxta, soyuq da təsir etmirdi ona,

Elə hey çağırırdı..

Hardasan? Ana!Ana.!

Anası bəs hardadır ?

Almış əlindən ölüm

Ondanda yan kecməmiş erməni etdiyi zülüm.

Ancaq körpə gəzirdi,

Ona əziz anası

Fəqət anasız qalmış onun ömür dünyası.

*******

Yüzlər, minlər qırıldı o soyqırım gecəsi,

Qalxdı göyün qatına qadın ,uşaq naləsi.

Daş qaya da ağladı,Susmuşdu ancaq dünya,

Həqiqəti görmürdü kor olmuş gözü güya.

Yenə doğru qiymət yox, keçib artıq necə il,

Keçə yenə neçə il dünya haqq görən deyil.

Haqqı qan ilə almış bizdən öncəki nəsil.

Ədalət ayağı ilə bizlərə gələn deyil,

Ədaləti yazmasa ordumuz qanı ilə,

Zülüm hakim olacaq nəsillərdən -nəsilə!

*******
Axırdı damcı-damcı,Çingizin göz yaşları,

Gördükdə öldürülmüş qadınlar uşaqları.

Onun bu göz yaşını əvəz eylədi qanı,

Qisas,qisas deyərək bədəndən çıxdı canı.

Onun kimi olmalı bu vətənin övladı,

Qıysın gərək cana da, görsə vətən dardadı.

Vətəndir hər kişinin şərəf şöhrəti ,şanı,

Vətənsiz bir kişinin hörməti varmı ?Hanı ?

*******

Yadımdadır o tarix 26 fevral,

Yuxudan da oyatsan söylərəm onu dərhal.

Silinməz axı o gün düşüncəmdən, yadımdan.

Çünki o gün qaradan geyinmişdi bu vatan!

Ağlamışdı o günü Muhammədin ümməti.

Görəndə o müsibət, o dəhşəti, vəhşəti.

O gün qınadı bizi bizim sələflərimiz,

O gün niyə yox idi aman heç qüvvətimiz!?

Götürmərəm heç zaman, götürmərəm qınağı,

Bir gün mütləq verəcək önümdə hesab yağı.

Yayılacaq aləmə bu qisasın sorağı.

Çünki bu yurd, bu diyar şanlı türkün torpağı.

Qarabağdan qalxanda səmaya azan səsi,

Bilki qisas almışdır Muhammədin firqəsi!

*******

O gecənin dəhşəti unudulmaz ay aman!

Nə qədər keçir keçsin, o gün üstündən zaman.

Doğulmamış körpənin sinəsində gülləni,

Görən necə unutsun ?Unudarmı düşməni?

Əsir düşən qadınlar,əsir düşən gəlinlər,

Namusuna toxunan, ləkəni ,vicdan cəkər?

Dözmərik əsla bizlər qisassız yaşamağa,

Haqqımız var haqqımız!Savaşı başlamağa.

O gecə hopmuş bizim igidlərin zehninə,

O igidlər dözərmi tarixin möhnətinə?

Siləcəkdir tarixdən o ləkəni bir zaman,

Qatillərin başını süngüsündə daşıyan…

*******

Sən yürü bu yürüşə, yağılarla savaşa,

Vətən qalmasın bir də fəryadlarla baş-başa.

Kəs kökünü zülümün, haqsızlığın, qırğının.

Üz başını zalimin ,cəlladı ol azğının!

Ey igidim, bunu bil cocuqları etmə qətl.

Sən deyilsən yağı tək vicdansız cani qatil,

Qadınlara toxunma öldürmə qocaları.

Qoy da kor dünya görsün haqsızı, haqlıları,

Kəs səsini zülümün, Mübarəkdir savaşın!

Bir millətin öz haqqı qiyamətə qalmasın.

*********

Ağ saçlı bir qocanın üzündə vəhşət gördüm.

Xocalının dərdindən gözündə dəhşət gördüm.

Onun qızı ,gəlini esir alınan zaman,

Cumub yağı üstünə, silah ,güllə baxmadan,

Hayqırmış yağıların titrətmiş ürəyini,

Ölənə dək göstərmiş duşmənə hünərini.

O gözdəki dəhşətin arxasıda nə var, nə?

Yəqin bizə deyir ki, nifrət eylə düşmənə…

*******

Nə qədər sürət ilə axıb gedir bu zaman,

Ayrılır illər bir-bir bizim fani dünyadan.

Yola saldıq o gündən on səkkiz bahar, qışı,

Gördük neçə yay fəsli, neçə payız yağışı.

O gün ana gəzən qız ,özü olmuşdur ana.

Xocalı adı qoymuş bu ana öz oğluna.

Ana kimi qalmışdır Xocalıda yadında,

Hər ikisin yaşadır öz oğlunun adında.

Kim unudar Vətəni? Kim unudar ananı,

Qətl edilən ana, Qırılan Xocalını.

Yalnız yaramaz biri, yalnız nanəcib övlad,

Sevər Ana Vətəni ,həmişə nəcib övlad.

Bu Vətən, bu yurd yeri bizim göz bəbəyimiz,

Gərək sevgisi ilə döyünsün ürəyimiz.

Bu torpağın üstünə axan şəhidlər qanı,

Ucaldıb bu millətin hər dövrdə şanını.

İndi bizə ər lazım qurban verib canını,

Düşmənə bir dərd etsin Xocalı qisasını.

Gərək rahat yatmasın gecələri ər kişi,

Tarixin möhlətindən silməmişkən bu işi.

Məndə inam var, inam, yetişəcəkdir zaman,

Düşmənindən intiqam alacaq ,Azərbaycan!

Saxlama bu qisası qiyamətə, ər kişi!

Xocalını dərd bilsin, sinəsində hər kişi!

 

Rəşad Mahmud

Şair-publisist, araşdırmaçı jurnalist

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı