MEDİA VƏ QHT 2020.05.29 07:19

28 May – Respublika Günü İstanbulda qeyd edilib

86

28 May – Respublika Günü münasibətilə Türkiyə ictimaiyyətinin nümayəndələri İstanbulun Üsküdar sahilində tədbir keçiriblər. AZƏRTAC xəbər verir ki, mərasim İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. İştirakçılar Azərbaycan və Türkiyə bayraqları ilə tədbirə qatılıblar.

Mərasimdə dərnəyin sədri Səfər Qaraqoyunlu çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə iştirakçılara məlumat verib. O, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası üçün yaranmış tarixi şəraitdən, təcavüzkar Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən və ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. S.Qaraqoyunlu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişaf etdiyini, dünyanın bir çox ölkələri ilə bütün sahələrdə uğurlu əməkdaşlıqlara imza atıldığını qeyd edib.

Digər çıxış edənlər Azərbaycanın müstəqilliyinin qorunmasını və sürətli inkişafını türk dünyası üçün əvəzolunmaz sərvət kimi dəyərləndirib, Azərbaycan və Türkiyə arasında əsrlərboyu davam edən qardaşlıq münasibətlərinin dünya ölkələri üçün nümunə olduğunu bildiriblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı