Yanvar-iyunda 838,1 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib

2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 382,2 milyon manat olub.

Həmin vəsaitin 60,6 milyon manatı dövlət, 321,6 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Həmçinin qeyd olunub ki, ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə şəxsi vəsaitləri hesabına 5,6 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində və Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here