ƏSAS SƏHİFƏ

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş II Ənənəvi Turnir

1.2K

8 Mart günündə evdən çıxıb evdəkilərə kömək etməmək, şəhərdə gəzib gec qayıtmaq üçün əsas axtarırsınızsa, “Azərbaycan” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş II Ənənəvi Turnirdən yaxşısını tapa bilməyəcəksiniz!

Turnir mart ayının 8-i Şərq Oteldə baş tutacaq. Turnirdə “Nə? Harada? Nə zaman?” və Tandem Fərdi Oyun üzrə oyunlar keçiriləcək.
Biliciləri NHN üzrə 48 sual gözləyir. Tandem FO isə seçim turununda ən yaxşı nəticə göstərmiş 16 tandemin iştirakı ilə “Bir incilərin birincisi” adlı qadınlar tematikasında oynanılacaq.

İdeya müəllifi və aparıcı Aydın Piriyevdir.
Sual müəllifləri: İsmayıl Məmmədov, Dünya Cabbarova, Mahmud Hüseynov və Cavidan Hacıyevdir.
Turnir üçün qeydiyyatdan göstərilən linklər vasitəsilə keçə bilərsiniz. Turnirdə 25 komandanın iştirakı nəzərdə tutulub.

Oyun saat 11:00-də başlayacaq.

Qeydiyyatdan keçən komandaların sayı çox olacağı təqdirdə, komandaların siyahı tərtibatını AİOK özündə saxlayır.

https://docs.google.com/forms/d/1YvAdqHVyrjusdycI4MB_8yjjeAw-s87WknlbfBkCz24/viewform?edit_requested=true

https://docs.google.com/forms/d/18gIKhF7UjhqWMlB-SMYXb3Ll42zBQLVqVgD5IRuLf2Y/viewform?edit_requested=true

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı