YARAT Müasir İncəsənət Məkanı böyük qürur hissi ilə hamınızı AABaku Məktəbinin müəllimləri Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında keçirilən ikihəftəlik məşğələlər çərçivəsində iştirakçılar tərəfindən yaradılmış əsər və layihələrin yekun sərgisinə dəvət edir. Sərgi sentyabrın 5-də YARAT Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq. Həmçinin tədbir zamanı AABaku Məktəbinin rəhbəri və müəllimi Omid Kamvari tərəfindən mühazirə keçiriləcək.
Vaxt: 5 sentyabr saat 18:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir
