Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaxın günlərdə “Abituriyent” jurnalının 2-ci sayı ictimaiyyətə təqdim olunacaq.
Jurnalda aşağıdakı materiallar təqdim olunur:
• 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı;
• Elektron ərizə verən abituriyent üçün təlimat;
• “Elektron ərizə”nin doldurulma qaydası və nümunəsi;
• Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə);
• Ümumi orta təhsil (9 illik) üzrə buraxılış imtahanı proqramları;
• Tam orta təhsil (11 illik) üzrə buraxılış imtahanı proqramları;
• Bəzi test tapşırıqlarının izahı və tövsiyələr;
• Abituriyentlər üçün elmi-metodiki məqalələr;
• 2014-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~XmFeW
