ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı

37
ABŞ-da koronavirusa yoluxma sayında növbəti rekord qeydə alınıb. Son sutka ərzində ABŞ-da 217 664 nəfər virusa yoluxub. Bu günədək ölkədə ən yüksək göstərici noyabrın 28-də qeydə alınmış, 205 mindən çox şəxs koronavirusa yoluxmuşdu.
Ötən gün həmçinin 2 879 nəfər vəfat edib. Bu günədək ABŞ-da koronavirusa yoluxanların sayı 14,5 milyon nəfəri keçib, 282 mindən çox şəxs vəfat edib.
