DÜNYA 2020.11.05 08:00

ABŞ-da seçkilərdə Bayden səs fərqində Trampı qabaqlayır, lakin qalib hələ də məlum deyil

25

ABŞ-da ümumi seçkilərdən bir gün sonra gərgin gözlənti və qeyri-müəyyənlik mühiti davam edir.

Trend-in məlumatına görə, səslərin sayılması bir sıra əsas ştatlarda hələ də davam edir.

Namizədlərdən hansının (respublikaçı Donald Tramp və ya demokrat Cozef Bayden) qalib olmaq üçün 270 seçici səsini toplayacağı bəlli deyil.

Associated Press veb saytındakı ABŞ-ın interaktiv xəritəsində Miçiqan (16 seçici), Pensilvaniya (20 seçici), Şimali Karolina (15 seçici), Corciya (16 seçicilər), Nevada (6 seçici) və Alyaska (3 seçici) ştatları hələ də partiya rənglərinə boyanmayıb – Respublikaçılar üçün qırmızı, Demokratlar üçün mavi rəng.

Məlumata əsasən, hələki C.Bayden 248, Donald Tramp isə 214 səs toplayır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı