DÜNYA 2020.09.16 08:00

ABŞ-da tarixi gün: İsrail-Ərəb sazişləri imzalandı

19

Ağ Evdə İsrail, BƏƏ və Bəhreyn arasında tarixi normallaşma prosesi ilə bağlı ilkin imzalanma mərasimi baş tutub.

Axar.az xəbər verir ki, mərasimdə İsrail Baş naziri Benyamin Netanyahu, BƏƏ Xarici İşlər naziri Abdullah bin Zayed və Bəhreyn XİN rəhbəri Əbdüllətif əl Zayani iştirak edib.

İmzalanma mərasimindən öncə Oval Ofisdə jurnalistlər qarşısına çıxan Netanyahu, ABŞ Prezidenti Donald Tramp və ərəb nazirlər İsrailin daha 5-6 ölkə ilə bu kimi razılaşmalar əldə edəcəyi bildirilib.

Qeyd edək ki, İsraillə ərəb ölkələrinin sözügedən anlaşmasına 3 səmavi dində adı hallanan İbrahim Peyğəmbərə ithafən “İbrahim anlaşmaları” da deyilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı