DÜNYA 2020.11.02 12:45

ABŞ-da yeni layihə: Hansı ölkə S-400 alarsa…

32

ABŞ senatorları ölkəyə təhdid yaradacaq texnologiyalar, o cümlədən S-400 sistemləri alan ölkələrə F-35 də daxil olmaqla, müasir silahların satışını qadağan edən qanun layihəsi hazırlayırlar.

Axar.az xəbər verir ki, bu məlumatı “Breaking Defense” portalı yayıb.

Məlumata görə, senatorlar daha bir qanun layihəsi də tərtib ediblər. Bu layihəyə əsasən, bundan sonra ABŞ-dan silah alan Yaxın Şərq ölkələri Vaşinqtonu bu silahı harada istifadə edəcəkləri barədə məlumatlandırmalıdırlar.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı