DÜNYA 2020.09.15 18:24

ABŞ-da yüz minlərlə ölü quş aşkarlanıb

32

ABŞ-ın Nyu-Meksiko ştatında yüz minlərlə ölü quş aşkar edilib.

Trend-in məlumatına görə, ilk bu cür tapıntı avqustun 20-də qeydə alınıb. Daha sonra digər ərazilərdə bu cür hallar aşkar edilib.

Mütəxəssislərin fikrincə, söhbət yüz minlərlə, hətta milyonlarala quşdan gedir.

Ehtimal olunur ki, quşların kütləvi ölümünə Kaliforniyadakı meşə yanğınları səbəb olub. Belə ki, kifayət qədər piy ehtiyatı toplaya bilməmiş quşlar yanğınlarla əlaqədar olaraq daha erkən köç etməyə başlayıb. Bu da onların uzun məsafəyə uça bilməməsinə gətirib çıxarıb.

Bundan başqa, həmin quşların ağciyərlərinin yanğınlar nəticəsində ciddi zədələndiyi hesab olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı