ƏSAS SƏHİFƏ

ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Avropanın enerji bazarlarının dayanıqlılığını artıracaq

56

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi qitənin enerji bazarlarının dayanıqlılığını artıracaq.

Bu barədə  ABŞ Dövlət Departamentindən bildiriblər.

Departamentdən deyiblər ki, bu layihə Avropanın enerji bazarlarının dayanıqlılığını yüksəldəcək və qaz idxalı üzrə bir mənbədən asılılığı azaldacaq.

Qeyd olunub ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir:

“Belə ki, bu boru kəməri qitəyə yeni marşrutla keçməklə Avropaya tamamilə yeni qaz mənbəyi təqdim edəcək”.

Xatırladaq ki, mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin istismara verilməsi mərasimi keçirilib.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı