ƏSAS SƏHİFƏ

ADPU TGT “9 Noyabr – Dövlət Bayrağı Günü” nə həsr olunmuş intellektual oyun keçirib

551

Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) İntellektual Oyunlar Klubu bu gün (08.11.2014) ADPU-nun əsas tədris binasında “9 Noyabr – Dövlət Bayrağı Günü” nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “I Universitet Kuboku” turniri təşkil edib . Yarışma keçən oyunların ümumi nəticəsinə əsasən oyunda iştirak hüququ əldə etmiş komandalar arasında keçirilib. Olduqca gərgin və maraqlı oyun allınıb. Sual müəllifi Orxan Baxşıyevin hazırladığı maraqlı 36 sualın sonunda 10 suala düzgün cavab verməyi bacaran Kimya fakültəsini təmsil edən “Evrika” komandası yarışmanın qalibi adını qazanıb.2-ci və 3-cü yerlərin sahibi isə əlavə sualla müəyyən olunub .Xalların bərabər olduğuna görə səslənmiş əlavə suala düzgün cavab verən Tarix fakültəsinin “Qafqaz” komandası 2-ci, Filologiya fakültəsini təmsil edən “Heksoqon” komandası isə yarışmanın 3-sü adını qazanıblar.Qalib komandalar diplom və medallarla, həmçinin 1-ci yerin qalibi olan komanda kubokla mükafatlandırılıb. Komandalara mükafatları ADPU TGT sədri Sahil Qələndərov, ADPU TGT sədr müavini Ağaəhməd Göyüşov və yarışmanın təşkilatçısı –
ADPU İntellektual Oyunlar Klubunun sədr vəzifəsinin icraçısı Məhəmməd İsrayılzadə təqdim ediblər.Qalib komandaları bir daha təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.Bütün komandalara iştirak etdikləri üçün təşəkkür edirik.

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı