AEGEE-Bakı Layihələr Direktoru Assistenti (Projects Director Assistent) vəzifəsinin seçiminə start verdi!
Layihələr Direktoru Assistentinin vəzifəsi aşağıda göstərilən işlərdə Layihələr Direktoruna yardım etməsidir:
- Fəaliyyət günü və fəaliyyət həftələri həyata keçirmək;
- Beynəlxalq tədbirlərin təşkilini koordinasiya etmək;
- Yerli təlimlərin keçirilməsində iştirak etmək;
- AEGEE-Bakının işçi qrupları ilə daimi əlaqədə olmaq, onların işinə nəzarət etmək;
- Digər AEGEE antennaları ilə əlaqələr yaradaraq müştərək layihələr keçirmək.
Müraciət üçün aşağıdakı formu doldurmanız xahiş olunur:
https://docs.google.com/
Müraciət üçün son tarix: 19 aprel 2015 23:59
Layihələr Direktoru Assistenti müsahibə nəticəsində seçiləcək. Müsahibə ingilis dilində olacaq.
Nəzərinizə çatdıraq ki, iş könüllülük prinsipi əsasında qurulub.
