CƏMİYYƏT 2020.11.23 10:24

Aeroport yolunda eyni anda iki qəza oldu

49

Hava limanı şossesində bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, qəzalardan biri “Buta Palace” yaxınlığında baş verib. “Zəncirvari qəza yolda sıxlığa səbəb olub. Digər bir qəza da hava limanı istiqamətində olub. Bakı Ekspo Mərkəzi yaxınlığında “Ford” markalı yük avtomobili isə aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur”, – deyə BNA rəsmisi qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı