ƏSAS SƏHİFƏ

AGAT-ın gəncləri Fransada layihədə iştirak ediblər

542

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının  (AGAT) fəalları Lalə Babayeva,  Səbinə Tahirova, Əkbərli Fəridə, Samira Tağıyeva və Orxan Rəhimzadə 1-11 avqust, 2015-ci il tarixində Fransanın Paris şəhərində Erasmus plus proqramı çərçivəsində, AGATın əməkdaşlıq etdiyi AMSED şəbəkəsinin və ACD təşkilatınının həyata keçirdiyi “Gənclərin incəsənət və rəqs vasitəsi ilə üstünlüyü olmayan gənclərin təhsilinin inkişaf etdirilməsi” adlı layihədə iştirak etmişlər. Layihədə Azərbaycan, Türkiyə, Fransa, İsveç, Moldova, Ukrayna ölkələrini təmsil edən gənclər iştirak etmişlər.   Layihə çərçivəsində ilk gün layihədə iştirak edən ölkələrinin mədəniyyət axşamı keçirilmişdir. Mədəniyyət axşamında iştirak edən ölkələrlə yanaşı Azərbaycanı təmsil edən AGAT-çılar təşkilatın fəaliyyəti haqqında təqdimat etmiş və ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti haqqında informaiya vermişdir. Daha sonra milli mətbəximizin təamları təqdim olunmuşdur. Proqramın növbəti günlərində iştirakçılar Fransanın “ADİE” təşkilatını və Gənclərin informasiya mərkəzini ziyarət etmişlər. Növbəti günlərdə keçirilən təlimlərdə qeyri-rəsmi təhsil sistemi çərçivəsində gənclərin layihələrində istifadə edə biləcəyi metodlar müzakirə olunmuşdur. Layihə müddətində iştirakçılar incəsənət sahəsində olan bacarıqlarını nümayiş etdirməklə müxtəlif rəqs nömrələri hazırlamışlar.                  Eyni zamanda müxtəlif sessiyalarında iştirakçılar arasında layihə ideyaları müzakirə olunmuşdur. AGAT-çılar da öz növbəsində “Art in Tolerance” adlı layihə ideyasını təklif etmişdir.  Layihənin sonunda 6 ölkəni təmsil edən iştirakçılar 10 günllük proqram müddətində hazırladıqları rəqs nömələrini nümayiş etdirdilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı