CƏMİYYƏT

Ağcabədidə 1580 hektar sahədə təkrar əkin aparılıb

91

Ağcabədi rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.

Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov bildirib ki, bu günədək 1505,2 hektardan 16 min 567 ton dən üçün qarğıdalı, 6 hektardan 7 ton günəbaxan, 1085 hektardan 38 min ton şəkər çuğunduru, 176 hektardan 2246 ton kartof, 861 hektardan 12 min 114 ton tərəvəz, 612 hektardan 14 min 287 ton bostan məhsulları, həmçinin 9998 ton meyvə və giləmeyvə, 2518 ton üzüm istehsal edilib. 2016-cı ilin müvafiq dövrünə nisbətən hər hektardan orta məhsuldarlıq günəbaxan üzrə 57,8 sentner, kartof üzrə 0,1 sentner, tərəvəz üzrə 8,7 sentner, bostan bitkiləri üzrə 1,3 sentner artıb.

Məhsul yığımı başa çatmış sahələrdə cari ilin məhsulu üçün 1580 hektar sahədə təkrar əkin aparılıb. Payızlıq əkinlər üçün 22 min 519 hektar sahə şumlanıb. 2518 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Hazırda rayonda qarğıdalı, günəbaxan, şəkər çuğunduru, tərəvəz, meyvə və üzüm yığımı, payızlıq bitkilərin səpini davam edir.

Azertac

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı