KRİMİNAL 2019.09.21 16:44

Ağcabədidə qəza törədən avtomobil yanıb, sürücü ölüb

65

Ağcabədi rayonunda sürücünün yanaraq ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Boyat kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “VAZ 2199” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb və nəticədə avtomobil yanıb. 

Hadisə nəticəsində xəsarət alan sürücü avtomobili tərk edə bilmədiyindən yanaraq ölüb. 

Sürücünün şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı