CƏMİYYƏT 2020.05.02 19:01

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb

39

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

Dialoq.info Oxu.Az-a istinadən xəbər verir ki, Quba rayon sakini 1964-cü il təvəllüdlü xəstə aprelin 29-u günorta saatlarında ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Həkimlər tərəfindən zəruri müalicə tədbirləri görülməsinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək çatışmazlığı, kəskin tənıffüs çatışmazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi, sağ tərəfli ekssudativ plevritlə fəsadlaşma.VMB(+), kaxeksiya 3” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

TƏBİB ölüm faktını Oxu.Az-a təsdiq edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı