DÜNYA 2020.11.21 18:40

Ağdamda dağıntılardan başqa heç nə qalmayıb – “Əl-Cəzirə”nin reportajı

37

“Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb. Reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilib. Qeyd olunub ki, əldə edilmiş razılaşmaya əsasən Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb. Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını deyib: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”. Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılıb. Həmçinin, vurğulanıb ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.

https://azvision.az/news/238548/–agdamda-dagintilardan-basqa-hec-ne-qalmayib–el-cezirenin-reportaji-video—.html

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı