CƏMİYYƏT 2021.01.17 04:00

Ağdamdan Xankəndiyə dəmir yolu çəkilir

73

Azərbaycan Ordusunun Vətən Müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat bölgədə yeni nəqliyyat əlaqələrinin qurulmasına və müharibə mühitindən iqtisadi canlanma dövrünə keçidi təmin edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc edilən materialda qeyd olunub.

Yazıda 11 yanvarda Moskvadakı üçtərəfli toplantıda yeni dəmiryolu xətlərinin qurulması və bərpasının razılaşdırılması məsələsinə toxunulub və yeni nəqliyyat infrastrukturunun xəritəsi dərc edilib.

– Horadizdən Ordubada 166 km-lik yeni dəmiryol. Onun 43 km hissəsi Ermənistandan keçəcək.

– Bərdədən Ağdama çəkiləcək yeni 45 km-lik dəmiryol.

– Ağdamdan Xankəndiyə çəkiləcək yeni dəmiryol xətti.

– Qazax rayonu ilə Ermənistanın İcəvan rayonu arasında yeni dəmiryol xətti.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı