BAXIŞ BUCAĞI 2019.12.06 11:28

Ağılsız köpəklər uluduza hürər

543

Ermənistanımbaş naziri Nikol Paşinyanın  hakimiyyətə  meydandan gəlməsi hər kəsə bəllidir. Onun“idarəetmə sistemi” də meydan təfəkküründən kənara çıxmır. Paşinyanın verdiyi vədlərəxilaf çıxması artıq onun yalançı obrazını tam reallaşdırir. Hətta beynəlxalq tədbirlərdədə dediklərini bir saatdan sonra danması və ya pafoslu danışıqlarını sonradan təkzibetməsi onu beynəlxalq aləmdə də qeyri-ciddi dövlət başçısı kimi tanıdıb. Xüsusilə, Dağlıq  Qarabağ münaqişəsinin nizamlanmasında buvaxta qədər  heç nəyə nail ola bilməməsi,əksinə  münaqişəni daha da alovlandırmaqcəhdi, tez-tez işğal altındakı Azərbaycan ərazilərinə səfər etməsi prolemi dahada mürəkkəbləşdirir.

Müdriklərimizdeyib ki, “Atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olar”. Bu,el məsələi sanki Nikol Paşinyanın ailəsinin boyuna biçilib. Çünki Paşinyanınarvadı Anna Akopyanın da ərinin yolunu davam etdrirərək, yersiz və gülüncdoğuran hərəkətləri  vəziyyəti daha daağırlaşdırır. Gənc əsgərlərin ölümünə zərrə qədər də təəssüflənməyən və onlarınölümündən sanki həzz alan Akopyan, görünür, analıq hissinin nə olduğunu hələ dədərk etmir. Belə olmasaydı, müharibə həvəsində olduğunu heç olmasa, ört –basdır edərdi.

Yəqinki, Anna Akopyanın bir qədər əvvəl Rusiya yeməkxanalarından bir qarın çörək vəspirtli içki hesabına topladığı 4-5 qadınla Dağlıq Qarabağa səfər etməsi hərbirimizin yaddaşındadır. Həmin qadınları Rusiyanın “siyasi elitası” adlandıranAnna Akopyanın yalan danışdığı sonradan məlum oldu. Səm demə, bu qadınların heçbiri siyasi elitaya mənsub deyilmiş. Annanın “ siyasi elita” sının nümayəndələri  kafe və primitiv yeməkxanaların daimi müştəriləriimiş. Bunu Rusiyanın tanınmış ictimiai-siyasi xadimləri tərəfindən verilənaçıqlama da təsdiqlədi. Bax, belə yerdə deyiblər ki, dostunu göstər, kimolduğunu deyim. Və ya taylı tayını tapar.

AnnaAkopayan bu yolla gündəmə gələ bilmədiyini görüb bu dəfə  bütün cəhətlərinə görə özündən qat-qat artıq,hətta müqayisə olunmaq səviyyəsində belə olmadığı Azərbaycanın birinci xanımıMehriban Əliyevanın adını dilinə gətirməklə diqqəti cəlb etmək və bu yollaözünü “siyasətçi” kimi sırımaq istəyib. Ancaq bu dəfə də istəyinə nail ola bilmədi.Çünki səviyyə o səviyyə deyil axı.

İrəvanda“Sülhməramlılıqda qadınların rolu: İmkanlar və problemlər” konfransında çıxışedən Anna Akopyan özünü gülünc vəziyyətə qoyub. Onsuz da ər-arvad özlərini və Ermənistanıhər addımbaşı gülünc vəziyyətinə qoyurlar. Ancaq Anna öz sərsəm fikirləri ilə,hətta erməniləri də gülüş hədəfinə çevirib. Görünür, Mehriban xanımın Qarabağdamuğam dinləmək arzusunda olması xəbəri ( inşallah bu günü də görəcəyik) AnnaAkopyanı ciddi təşvişə salıb və özünü necə itiribsə, Mehriban  Əliyevanı  doğma torpağa – Azərbaycanın ayrılmaz tərkibhissəsi olan Dağlıq Qarabağa qonaq dəvət edib, üstəliközünün də  Bakıya gəlməyə hazır olduğunu bildirib.

Bu sərsəmfikir Anna Akopyanın hansı  təffəkürəmalik olmasından, siyasi baxışlarının tamammilə olmamasından xəbər verir. Ardıncaisə ərinin niyyətini açıqlayaraq işğalçı xislətində olduğunu gizlətməyib. Əslində,Anna bu sayıqlamaları ilə içindəki qorxunu büruzə verib. Çünki 2106- cı ilin Apreldöyüşlərinin qorxusu hələ də canlarından çıxmayıb. Həmin döyüşlərdə Azərbaycan OrdusununErmənistana verdiyi qulaqburmasının ağrı-acısı hələ də canlarından çıxmayıb.Bir də ki, küçük onun qulağını kəsəndən qorxar. Yaxşı bilirlər ki, Azərbaycan Ordusununqarşısında dayanmağa Ermənistanda heç bir silah-sursat, hərbçi və ya qüvvə yoxdur.Ermənistanın baş naziri və onun arvadı Anna Akopayan da bunu çox yaxşı bilirlər.

AnnaAkopyanın dediklərinə özündən başqa inanan yoxdur. Ancaq neyləsin, MehribanƏliyeva kimi dünya şöhrətli bir  xanımınadını çəkməklə gündəmə gəlmək istəyir. Görünür, bu dəfə ağılsız köpəklərinulduza hürməsindən yararlanmaq istəyir.

Mehman İSMAYILOV, politoloq
YAP Səbail rayon təşkilatı sədrinin müavini

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı