Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın Minneapolis əyalətində fırıldaqçılıq etdiyi iddia edilən və polis tərəfindən boğularaq öldürülən qaradərili vətəndaş Corc Floyd barəsində  “Twitter” hesabından İngilis dilində paylaşım edib.

“İrqçi yanaşma hamımızı kədərləndirdi. Mən bu qeyri-insani təfəkkürü qınayıram” deyən prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ-da polis tərəfindən boğularaq öldürülən qaradərili Corc Floydla əlaqədar İngilis  dilində paylaşım edib.

Ərdoğan,  hücumlarının hər zaman insanlığa qarşı yönəldiyini ifadə edərək, “İslam sivilizasiyasına görə fərdi olaraq yeni bir yaradılış olaraq öyrətməyi sevirəm, bu qeyri-insani təfəkkürü qınayıram. İnanıram ki, qeyri-insani hadisələr layiq olduqları qədər cəzalandırılacaqdır. Mövzunu izləməyə davam edəcəyik. Corc Floydu hörmətlə anıram,  ailəsinə və sevənlərinə başsağlığı diləyirəm. “Ağın qara ilə qaranın ağdan üstünlüyü yoxdur” Peyğəmbərin şüarı ilə irqindən, rəngindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq bütün bəşəriyyətin haqq və qanunlarını qorumaq üçün mübarizə aparmalıyıq. Onu davam etdirməliyik” deyə ifadə edib.

Xatırladq ki, ABŞ-ın Minneapolis əyalətində ötən gün dələduzluq iddiası ilə saxlanılan qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi əyalət sakinlərini ayağa qaldırıb.
Polisin dizi ilə boğazından sıxaraq öldürdüyü Corcun sonuncu “nəfəs ala bilmirəm” sözləri isə aksiyaların şüarı olub.

Minlərlə insan hadisəni törədən polisin və digər əməkdaşların həbsini tələb edirlər. Hətta qaradərili insanlarla polis işçiləri arasında qarşıdruma yaranıb. Aksiyanı dağıtmaq üçün plastic mərmilərdən və gözyaşardıcı qazdan istifadə olunub.

Qeyd edək ki, Corc Floydu öldürən polislə yanaşı, ona kömək edən digər 3 nəfər də işdən azad edilib. Corcun ailəsi isə buna etiraz edərək həmin polislərin həbsini və ədalətli şəkildə cəzalandırılmalarını tələb edir.

“Ağın qara ilə qaranın ağdan üstünlüyü yoxdur” -Ərdoğan