İDMAN 2019.09.20 09:30

Ağırlıqqaldıranımız dünya çempionatında 4-cü olub

89

Tailandın Pattaya şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir. 105 ölkədən 734 atletin qatıldığı yarışda Azərbaycan millisinin ilk üzvü körpücük üzərinə çıxıb.

Səbinə Əzimova 55 kq çəki dərəcəsinin C qrupunda mübarizəyə qoşulub. İdmançı toplam 181 kq (79 kq+102 kq) nəticə ilə qrupda 4-cü yeri tutub.

S. Əzimovanın yekun sıralamada tutduğu pillə B və A qrupunda mübarizə başa çatandan sonra məlum olacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 3 ağırlıqqaldıranla təmsil olunur.

Sia.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı