Türkiyənin Ağrı vilayətində yerləşən Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarının görüntüsünün əks olunması ilə bağlı iş aparılır.

Trend-in məlumatına görə, bu barədə Ağrı şəhərinin bələdiyyə sədri Sayan Savcı bildirib.

O qeyd edib ki, dağın Ermənistana baxan tərəfində bu görüntü yer alacaq.