CƏMİYYƏT 2020.11.06 16:02

AHIK-in sədri, millət vəkili Səttar Möhbalıyev televiziya və radio işçilərini təbrik edib

57

Azərbaycan Həmkarlar İtttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu günü münasibətilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədova və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarova təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

“Sizi və bütün kollektivinizi 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu günü münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Ümummilli lider Heydər Əliyev bütün qurumların kütləvi informasiya vasitələri ilə əməkdaşlığının möhkəmləndirilməsinə böyük önəm vermiş, dövlət müstəqilliyinin dünyaya tanıdılmasında onların rolunu həmişə yüksək qiymətləndirmişdir. Bu yolu inamla davam etdirən dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsinə, ictimaiyyətin maraqlarının qorunmasına geniş imkanlar açmışdır.

Bu gün rəhbərlik etdiyiniz qurumlar Azərbaycan həqiqqətlərinin bütün dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin və mədəniyyətimizin təbliği, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi istiqamətində böyük uğurlara imza atmaqdadır.

Sizi bir daha çoxsaylı həmkarlar ittifaqı üzvləri və və şəxsən öz adımdan təbrik edirəm. İnanıram ki, sonra da televiziya və radio verilişlərinin səviyyəsinin daha da gucləndirilməsi istiqamətində bütün zəruru tədbirləri görəcək, tamaşaçı və dinləyici maraqlarının təmin olunması üçün bütün imkanlardan səmərəli istifadə edəcəksiniz.”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı