ƏSAS SƏHİFƏ

“Ailə dərsləri” başlayır

478
Oktyabr ayının 31-dən etibarən “Müsəlman Birliyi Hərəkatı”nın  Elm və mədəniyyət şöbəsinin təşkilatçılığı ilə “Ailə  dərsləri” başlayır.
Dərslər şənbə günləri saat 09:30-da keçiriləcək. Təlimçi sosial psixologiya üzrə araşdırmaçı Vüsal Nadiroğlu olacaq.
AİLƏ DƏRSLƏRİ
1. Evlənmək nədir?
–   Nəyə lazımdır?
– “Mən niyə evlənirəm?” sualı.
–  Evlənməkdən nə gözləyirəm?
–  Evlənməyə sosial baxış
–  Niyə ailə cəmiyyətin nüvəsidir deyilir?
– Qadın və kişi ayrıca natamamdır. Birlikdə bütövlük təşkil edir.
2. Evlənməkdə olan faktorlar:
– Yaş faktoru: Qadın və kişi: Ayrı – ayrılıqda və birlikdə
– Maddi faktor: Kişi və Qadın
– Mənəvi – psixoloji faktor: Qadın və kişi
– Sağlamlıq faktoru: Qadın və kişi
– Mədəniyyət və vərdişlərin uyğunluğu. Tərəflərin ailələri.
3. Həyat yoldaşı seçimi:
– Valideynlərin məsləhəti
– Tanışların məsləhəti
– Axtarış nəticəsində aşkar olunanlar
– Tələbə yoldaşı, iş yoldaşı və s. vəziyyətlərdə olan tanışlıq
4. Ailədaxili rabitə
– Qadının səlahiyyət və öhdəlikləri
– Kişinin səlahiyyət və öhdəlikləri
– Ailə başçısı
– Qarşılıqlı güzəşt. Üzr istəmək böyüklükdür.
– Qadınlar niyə küsəyəndir?
– Ünsiyyət problemləri və ailədaxili münaqişələr
– Qayınana – gəlin münasibətləri. Kişinin ortada qalması. Valideyn öhdəlikləri haqda qısa haşiyə.
– Münaqişələrin həlli və düzgün mövqe seçmək
– Ailədə qısqanclıq
– Matriarxal ( ana hakim olan) və patriarxal( ata hakim olan) ailələr
– Boşanmaq ( sevgi sayqı güvən)
5. Toy prosesi
– mehriyyə
– evlənməyə vasitəçilik
– toy mərasimi
6. Valideyn olmaq statusu:
– Övlad tərbiyə etməyə hazır olmaq, maariflənmək.
– Məsuliyyət və öhdəlikləri anlamaq
– Övladın dünyaya gəlməsinin zamanını planlaşdırmaq
– Övlad lazımdırmı? Neçə övlad lazımdır
7. Övlad tərbiyəsi:
– Uşaq evdə canlı kamera kimidir
– Cinsə görə tərbiyə
– Övlada maddi və mənəvi qayğı
– Övlad – valideyn münasibətləri
– Övladlar arasında səmimiyyəti qurmaq
– Övladlar arasındakı yaş fərqlərini tənzimləmək
– Övladı bir lider görmək. Onu həyata və düzgün peşəyə hazırlamaq
– Övlad – valideyn münasibətləri. Övladdan gözləntilər.
8. Övladın ailə qurması:
– Övladı ailə qurmaqla bağlı maarifləndirmək
– Övladın həyat yoldaşını doğma bilmək
– Övladın ailəsinə müdaxilə yolverilməzdir
Seminarlalarda iştirak etmək üçün qeydiyyatdan keçmək mutləqdir.
Qeydiyyat üçün:
Ad, Soyad, əlaqə nömrəsi və təhsil haqda məlumatı  070 324 23 34 ( whatsapp) nömrəsinə göndərin.
Dərslər ödənişsizdir.
 Ünvan: Bakı şəhəri, Həsənbəy Zərdabi 78a ( İnşaatçılar metrosunun yaxınlığı, Qələbə meydanından 20 Yanvar istiqamətində DSMF-nin yanı)
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı