ELM VƏ TƏHSİL

“Akademik Əli Quliyev adına mükafat”ın növbəti qalibi müəyyən ediləcək

614
“Akademik Əli Quliyev adına mükafat”ın növbəti qalibi müəyyən ediləcək

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının qərarına uyğun olaraq Gənc Alim və Mütəxəssislər Şurası “Akademik Əli Quliyev adına mükafat”ın 2015-ci il üzrə növbəti laureatını seçmək üçün müsabiqə elan edir. Qərara əsasən, bu mükafatla institutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər təltif olunacaqlar.

Namizədlərin seçimi zamanı onların nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnallarda məqalələrinin dərc olunması, beynəlxalq konfranslarda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək.

Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komissiyası tərəfindən seçiləcək 1 nəfər namizəd bu elmi müəssisənin Elmi Şurasının müzakirəsinə veriləcək. Şura üzvləri tərəfindən müzakirələr aparıldıqdan sonra qərar qəbul ediləcək.

Seçilmiş namizədə diplom və pul mükafatı akademik Əli Quliyevin doğum günü ərəfəsində (31 may) təqdim olunacaq.

 

www.science.gov.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı