ƏSAS SƏHİFƏ

“Akademik Yazı Qaydaları” haqqında Təlim

1.7K

“Akademik Yazı Qaydaları” haqqında təlim

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi gənclərin akademik yazı bacarıqlarını artırmaq, onların daha keyfiyyətli yazı yazmalarına dəstək olmaq üçün “Akademik Yazı Qaydaları” haqqında təlim həyata keçirir. 10-18 oktyabr, 2015 tarixləri arasında 3 gün (həftə sonları) ərzində həyata keçiriləcək təlimdə əsas mövzular aşağıdakı kimidir:

• Yazı növləri və yazı texnikası haqqında;
• Yazı necə dizayn edilməli;
• Niyyət məktubu yazarkən nələrə diqqət edilməli;
• Akademik yazı nədir və əsas xüsusiyyətləri nələrdir?

Layihə çərçivəsində təlimləri MİL Şəbəkəsi direktoru Xəyyam Namazov və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin sədri Vəli Hüseynov həyata keçirəcək.

Xəyyam Namazov: Qafqaz Universiteti Siyasi Elmlər ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə, Türkiyədə Orta Doğu Teknik Universitetinin və Almaniyada Humboldt Universitetinin ictimai-siyasi elmlər üzrə maqistratura dərəcəsində davam etdirmişdir.
Azərbaycan vətəndaş cəmiyyətində bir çox ictimai təşkilatda aktiv olmuş, bir çox layihənin koordinatorluğunu etmişdir. Hazırda “MİL Şəbəkəsi”nin təsisçisi və direktorudur. Bununla yanaşı o, təlimçilik fəaliyyəti ilə məşğuldur.Xəyyam Namazov mediada müxtəlif ictimai məqalələrlə çıxış edir, “Monoloq” (2012) romanının müəllifidr, OSHO-un “Tale, Azadlıq və Ruh, Dünyanın Mənası Nədir?” kitabını ingilis dilindən ana dilimizə tərcümə etmişdir. Bir neçə ictimai-siyasi kitabın elmi redaktorluğunu həyata keçirmişdir.

Vəli Hüseynov: ABŞ-ın Fulbright magistr proqramı və Azərbaycanın Dövlət proqramı çərçivəsində Təhsil siyasətinin planlaşdırılması və idarə olunması ixtisası üzrə Boston Universitetində təhsilini bitirdikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında çalışmağa başlamışdır. Hal-hazırda, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai birliyinin sədri kimi fəaliyyətini davam etdirir.
Təhsil sahəsində bir neçə layihənin icrasında fəal dəstəyini nümayiş etdirmiş və uğurla həyata kemçirilməsinə töhfə vermişdir (xüsusilə, Xaricdə təhsil almış məzunların Təhsil forumu, Azərbaycan Biznes Keys Yarışması). Müxtəlif tələbə mübadilə təhsil proqramlarının seçim turlarında komissiya üzvü qismində çıxış edir.
Təhsildə qiymətləndirmə sahəsiüzrə UNESCO-nun Statistika İnstitutu və Brookings İnstitutunun Universal Təhsil naminə Mərkəzinin beynəlxalq təşəbbüs qrupunda milli məsləhətçi qismində çıxış edir. Həmçinin, TQDK-nın nəzdində yaradılmış SAT test mərkəzinin rəhbəridir.
“Balancing freedom autonomy and accountability in education” adı altında beynəlxalq səviyyədə nəşr olunan kitabda Azərbaycanın təhsil sistemi haqqında olan məqalənin müəllifidir.
Bir müddət Niderland Krallığının Azərbaycanda olan səfirinin köməkçisi vəzifəsində çalışmışdır.

Təlimdə iştirak etmək üçün 30 sentyabr tarixinə qədər aşağıdakı linkdən müraciət anketini doldura bilərsiniz. Qeyd edək ki, iştirakçılar müsahibə yolu ilə seçiləcəklər. Seçim zamanı tələbələrə üstünlük veriləcək.

Müraciət Anketi: http://goo.gl/forms/1vvDDkIFDk

Qeyd edək ki, təlimdə iştirak ödənişsizdir, təlimi müvəffəqiyyətlə bitirənlər (3 dərsin hamısında aktiv iştirak edən iştirakçılar) sertifikatla təltif olunacaqlar.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda Dövlət Departamentinin təhsil mübadilə proqramlarının məzunlarını birləşdirən qeyri-hökumət və qeyri-kommersiyalı bir təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bir qrup azərbaycanlı məzun tərəfindən, bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılmışdır.
Birliyi Dövlət Departamentinin və USAİD tərəfindən maliyyələşdirilən müxtəlif mübadilə proqramlarını təmsil edən 13 məzundan ibarət idarə heyəti idarə edir. Bu günə qədər AAA vətəndaş təhsili, sosial, mədəni, potensial inkişafı layihələri həyata keçirmişdir.
Təşkilatın əsas məqsədi məzunların yaradıcı potensialının gerçəkləşdirilməsinə dəstək göstərmək və onların bilik və bacarıqlarını respublikamızın inkişafına yönəltməkdən ibarətdir.Azərbaycanda ABŞ Təhsilli Məzunların sayı artıq 2000 keçib.

Əlavə məlumat üçün:
+99412 437 13 46
[email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı