ELM VƏ TƏHSİL

Akademiyanın elmi bölmələrinin saytları istifadəyə verilib

165
Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələrinin veb-saytları istifadəyə verilib.
Akademiyadan verilən məlumata görə, saytların təqdimat mərasimində çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda ilk veb-sayt olan science.gov.az-ın 1995-ci ildə fəaliyyətə başladığını diqqətə çatdırıb. Bu gün Azərbaycan elminin carçısı olan science.gov.az-ın böyük nüfuza malik olduğunu, ölkə elmində baş verən hadisələrin portalda operativ və dolğun şəkildə işıqlandırıldığını bildirib. Qeyd edbi ki, elmi bölmələrin veb-saytları məhz AMEA-nın rəsmi portalı olan science.az-ın törəmələri hesab etmək olar.
Alim Akademiyada fəaliyyət göstərən veb-saytların səmərəliyini artırmaq məqsədilə müxtəlif müsabiqələrin, çoxmeyarlı qiymətləndirmələrin nəzərdə tutulduğunu da bildirib.(trend)
İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova qeyd edib ki, elmi bölmələrin veb-saytlarının yaradılmasında əsas məqsəd elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasıdır. Veb-saytlar Xüsusi Dövlət Mühafizə Xidmətinin, o cümlədən AR Nazirlər Kabinetinin İnternet informasiya ehtiyatlarının yaradılması Qaydalarına uyğunlaşdırılmış, təhlükəsizlik tam şəkildə təmin olunub.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı