ƏSAS SƏHİFƏ

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının İşçi Qrupunun illik iclası keçirilib

91

Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) Dövlət Borcu üzrə İşçi Qrupunun Filippin Respublikasının paytaxtı Manila şəhərində keçirilən illik iclasında iştirak edib.

Hesablama Palatasının mətbuat xidmətindən bildiriblər ki, iclasa, həmçinin Avstriya, Braziliya, Çin, Fici, Gürcüstan, Hindistan, İndoneziya, İordaniya, Koreya Respublikası, Portuqaliya, Rumıniya, Rusiya, ABŞ, Zambiya, Filippin ali audit qurumlarının və INTOSAI-ın İnkişaf Təşəbbüsü (IDI), Dünya Bankı və Filippin Xəzinədarlığının əməkdaşları qatılıb.

İclasda Filippin Respublikasında Dövlət Borcunun İdarəolunması vəziyyəti, Dövlət Borcu üzrə İşçi Qrupun 2016-cı ildə Çin Xalq Respublikasının Nankin şəhərində keçirilmiş iclasında qarşıya qoyulmuş məqsədlər üzrə nailiyyətləri, 2017-2019-cu illər üzrə iş planı, 2017-2022-ci illər üçün Strateji Plan, səlahiyyət şərtləri, müvafiq standartların təkmilləşdirilməsi və dövlət borcunun auditi üzrə Çin təcrübəsi barədə təqdimatlar olub.

Bununla yanaşı, 2017-2022-ci illər üçün İşçi Qrupun strateji planı və müvafiq standartların təkmilləşdirilməsi ilə bağlı alt-qruplar yaradılıb, 2018-ci ildə İşçi Qrupun iclasının keçirilməsi ilə bağlı müzakirələr aparılıb və Dövlət Borcunun İdarəolunması ilə əlaqədar Dünya Bankının nümayəndəsinin çıxışı dinlənilib.

Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, Dövlət Borcu üzrə İşçi Qrupun internet səhifəsinin təkmilləşdirilməsi və ekspertlər arasında əlaqələrin genişləndirilməsi qərara alınıb.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı