ƏSAS SƏHİFƏ

Ali məktəblərdə dərs sessiyalarının müddətində dəyişiklik edilib

710

Təhsil Nazirliyi ali və peşə-ixtisas təhsil məktəblərinə məktublar göndərib.

“Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası bu il mayın 31-nə qədər başa çatdırılacaq”.

Dialoq.info-nun məlumatına görə, bunu ANS PRESS-ə açıqlamsında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib. O bildirib ki, əslində 2014/2015-ci tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində nəzəri təlim müddətinin vaxtı dəyişdirilmir.

“İmtahan sesiyalarına ayrılmış 5 həftəlik dövrü müddətin 3 həftəyə qədər azaldılması, eləcə də qış tətili müddətinin 2 həftədən bir həftəyə qədər, peşə təhsil məktəblərtində isə 2-ci yarım il üçün nəzərdə tutulmuş təhsil müddətinin 23 həftədən 21 həftəyə qədər azaldılması nəzərə alınacaq. Bununla bağlı Təhsil nazirliyi ali və peşə-ixtisas təhsil məktəblərinə məktublar göndərib”, – deyə Cəsarə Valehov söyləyib.

Qeyd edək ki, ümumtəhsil məktəblərində təhsil müddəti 31 may tarixində bitdiyi üçün bu qərar yalnız ali və orta ixtisas, eləcə də ilk peşə təhsil-ixtisas məktəblərinin tələbə və şagirdlərinə aiddir.

Ali məktəblərdə dərs sessiyalarının müddət dəyişikliyi ilə bağlı daha dəqiq vaxları Dialoq.info araşdırıb.

Aldığımız məlumata görə, 2014-2015-ci tədris ilinin payız dərs sessiyası dekabrın 28-də başa çatdırılmalıdır.

Qış imtahan sessiyası dekabrın 29-dan başlayaraq yanvarın 18-nə qədər bitməlidr. Tələbələr qış tətilinə yanvarın 19-dan 25-nə qədər buraxılacaqlar.
Yaz dərs sessiyası yanvarın 26-dan mayın 9-na qədər keçiriləcək. Yaz imtahan sessiyası mayın 11-dən 24-nə qədər davam edəcək.

DÖVLƏT imtahanları isə mayın 25-dən 31-nə qədər baş tutacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı